Emin Mahmudov: "Kubokda mübarizəni dayandırmaq bizim üçün böyük uğursuzluqdur"

Emin Mahmudov: "Kubokda mübarizəni dayandırmaq bizim üçün böyük uğursuzluqdur"
20:27 20 Dekabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

"İlk oyunda daha yaxşı oynaya bilərdik. Öz meydanımızda 0:1 hesabı ilə uduzmağımız burada çətinlik yaratdı. Mütləq qol lazım idi. Üstəlik, rəqibin bizi əks-hücumda tutmasına imkan yaratmamağa çalışdıq".
"Report" xəbər verir ki, bunun "Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qolsuz heç-heçə edərək mübarizəni dayandırdıqları cavab oyunundan sonra söyləyib.
27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, qol vura bildikləri üçün təəssüfləndiyini deyib: "Hər iki matçda rəqibin qapıçısı Mehdi Cənnətov yaxşı oynadı. O, bizə qarşı bütün görüşlərdə belə çıxış edir. Amma biz özüm də son pas və zərbələri yaxşı yerinə yetirə bilmədik. "Sumqayıt" yaxşı komandadır, bizə qarşı həmişə inamlı təsir bağışlayırlar. Çox sürətli əks-hücumları var. Azərbaycandakı bütün komandalar bizə və "Qarabağ"a qarşı yüksək motivasiya ilə oynayırlar. Kubokda mübarizəni dayandırmaq bizim üçün böyük uğursuzluqdur. Bunu gözləmirdik. Qələbə qazanmaq istəsək də, alınmadı".
Mahmudov sarı vərəqə almasına da toxunub: "Yeni qaydalara görə əvəzetmə zamanı ən yaxın yerdən meydanı tərk etməlisən. Amma mən də kapitan sarğısı vardı, onu kiməsə verməliyəm də. Kimə verim? Referinin qərarını başa düşmədim. Kubokda uduzduğumuz üçün ili yaxşı dəyərləndirmək olmaz. Çempionatda işimizinin bitdiyini söyləmək olmaz. Pis başlasaq da, sonradan yaxşı çıxış etdik. Liderlə aramızda 6 xallıq fərq var. Bütün gücü çempionata qoymalıyıq. "Qarabağ" ötən il qış fasiləsinə bizdən 5 xal geridə getmişdi. Lakin göstərdilər ki, bu fərqi aradan qaldırmaq olar. İndi hər şey bizdən asılıdır. Belə oyundan sonra istirahət də olmur. Əhvalımız pozuldu. Ona görə də milli komanda barədə şərh vermək istəmirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/emin-mahmudov-kubokda-mubarizeni-dayandirmaq-bizim-ucun-boyuk-ugursuzluqdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR