Daha bir tanınmış şəxsin deputatlığa namizədliyini verəcəyi məlum olub.

Metbuat.az bildirir ki, tanınmış iqtisadçı Vüqar Bayramov gələn il keçiriləcək seçkilərə qatılacaq. Bu barədə o, özünün "Facebook" hesabında qeyd edib:

"Hörmətli həmkarlar və əziz dostlar

Gələn il fervalın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim etdim.

Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm".

Daha bir tanınmış şəxs deputatlığa namizədlik verəcəyini AÇIQLADI