Sabiq Prezidentlər İlham Əliyevi təbrik ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Gələcək illərdə Sizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və bütün işlərinizdə uğurlar diləyirəm.

Bu əlamətdar gündə həm öz adımdan, həm də yaradılmasında Sizin şəxsi təşəbbüslərinizin mühüm rol oynadığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından bu təşkilata göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, həm Bakı Forumlarının getdikcə artan uğurları, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi yüksək səviyyəli tədbirlər Azərbaycanın böyük əhəmiyyətə malik bir ölkə kimi nüfuzunun artmasına, eləcə də dünyada yeni dostlar və tərəfdaşlar qazanmasına bundan sonra da kömək edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku da Azəırbaycan Prezidenti İlham Əliyvə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib yarandığı gündən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər dünyanın tanınmış qurumlarından birinə çevrilib. Mən qəti olaraq inanıram ki, Sizin himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bundan sonra daha da inkişaf edəcək, sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də gənc nəslin mədəni, etnik və dini kimliyinin təhsil vasitəsilə inkişaf etdirilməsi kimi məqsədlərinə milli və beynəlxalq səviyyədə nail olmaq istiqamətində səylərini davam etdirəcəkdir.

Mən xüsusilə Sizin himayənizlə keçirilən Qlobal Bakı Forumunu çox yüksək qiymətləndirirəm. Mən bu forumların hamısında iştirak etmişəm. Bu Forum Nobel Sülh Mükafatı laureatlarını, dünyanın yüksək nüfuzlu elm və mədəniyyət xadimlərini, demokratik siyasi liderləri və gənc nəslin nümayəndələrini bir araya toplamaq üçün gözəl imkandır. Mən Azərbaycanda keçiriləcək növbəti mühüm tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

İcazə verin Sizi doğum gününüz münasibətilə təbrik edim. Mən Xorvatiya Respublikasının Prezidenti (2010-2015) kimi Sizinlə Bakıda və Zaqrebdə görüşmək şərəfinə nail olmuşam. Ölkələrimiz arasında qədim dövrlərdən çox yaxşı münasibətlər və əməkdaşlıq əlaqələri mövcud olub. İndi mən sabiq Prezident kimi beynəlxalq əməkdaşlığı və inkişafı təşviq edən çox əhəmiyyətli bir təşkilatın - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin yüksək dəstəyiniz sayəsində beynəlxalq arenada əhəmiyyətli rola malikdir. Azərbaycanın uğurlarını uzun illərdir izlədiyimə görə deyə bilərəm ki, gözəl ölkənizin inkişafı məni həqiqətən də heyran edir. Bu inkişaf Sizin müdrik liderliyiniz sayəsində mümkün olub.

Hörmətli cənab Prezident, ümidvaram ki, Siz ölkənizə hələ uzun illər bundan sonra da rəhbərlik edəcəksiniz. Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, ölkənizə isə daha böyük uğurlar arzulayıram.

Ad gününüz mübarək”.

Livan Respublikasının sabiq Prezidenti Amin Cemayel də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım və qarşıdan gələn ilin uğurlu olmasını diləyim. Ümidvaram ki, Yeni il Sizə, ailənizə və ölkənizə sülh və tərəqqi gətirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib Azərbaycan ilə sıx əlaqələrimin olduğunu bildirmək istəyirəm. Bu əlaqələr Sizin ölkənizə çoxsaylı rəsmi və işgüzar səfərlər, eləcə də təməlini qoyduğum və rəhbəri olduğum, dünyada demokratiya və azadlığı təşviq edən “Masion du Futur” beyin mərkəzi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasındakı tərəfdaşlıq münasibətləri sayəsində daha da möhkəmlənib.

Biz Sizin ölkənizin tolerantlıq, mədəni mübadilə və təhsil vasitəsilə sülhün, tərəqqinin, ədalətin təşviqi istiqamətindəki dəyər və prinsiplərini dəstəkləyirik.

Mən bu dəyərləri və prinsipləri qətiyyət və əzmkarlıqla təbliğ etməkdə qərarlıyam. Ümidvaram ki, ortaq məqsədlərimizə xidmət naminə birgə fəaliyyətimizi və bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Tanrı Sizi qorusun”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR