"Bacarsam, 40 yaşımadək "Çelsi"də oynayacağam"

"Bacarsam, 40 yaşımadək "Çelsi"də oynayacağam"
23:42 24 Dekabr 2019
94 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Villian komandadakı taleyi ilə bağlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "zadəganlar"da qalmaq istədiyini deyib: "Hər kəs bu klubu necə sevdiyimi, "Çelsi"də oynamağı xoşladığımı bilir. Bacara bilsəm, 40 yaşıma qədər burada qalacağam. Amma futbol həmişə belə deyil. Burada oynamaq istəyirəm. Lakin bu, təkcə mənim verəcəyim qərar deyil. Klubla birlikdə qəbul edilməlidir. Bu mövzuda söhbətlərimiz olub. Ümid edirəm ki, komandada qalacağımı söyləyə biləcəyəm. Amma indi bunu deyə bilmirəm".

Qeyd edək ki, braziliyalı oyunçunun London təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/813101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR