Burkina Fasoda silahlıların hücumu nəticəsində ölənlərin sayı 40-ı keçib

Burkina Fasoda silahlıların hücumu nəticəsində ölənlərin sayı 40-ı keçib
08:17 25 Dekabr 2019
74 Dünya
Ölkə mətbuatı
A- A+

Burkina Faso ordusu ölkənin şimalında silahlıların hücumunu dəf edərək 80 yaraqlını məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma zamanı 35 mülki şəxs və yeddi hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.

Dekabrin 24-də bir qrup terrorçu Suma əyalətinin şimalında yerləşən Arbind şəhəri yaxınlığında ordu qüvvələrinə hücum edib. Ordu və polis hücumu uğurla dəf edib.

Döyüşdə 35 mülki şəxs, dörd hərbi qulluqçu və üç polis əməkdaşı həlak olub. 80 silahlı məhv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/813107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR