Nazirlik rəsmisi: "Qış və yay arasında heç bir əlaqə yoxdur"

Nazirlik rəsmisi: "Qış və yay arasında heç bir əlaqə yoxdur"
16:32 25 Dekabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

"Qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında anologiyalar izləmək mümkün deyil".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, çoxillik meteoroloji məlumatlarının təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.
U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:
"Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir".

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/nazirlik-resmisi-qis-ve-yay-arasinda-hec-bir-elaqe-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR