İlahiyyat İnstitutunda tələbə seminarı təşkil olunub (FOTO)

İlahiyyat İnstitutunda tələbə seminarı təşkil olunub (FOTO)
19:43 25 Dekabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin II kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Tələbələrin inkişafında hədəf və məsuliyyətin önəmi” mövzusunda seminar təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov seminarda çıxış edərək bildirib ki, belə tədbirlərin təşkil olunması istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması, onların bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, Aİİ-nin belə layihələri təşkil etməkdə məqsədi tələbələrin elmi fəaliyyətə marağını artırmaq, bu yöndə onların fəallığına nail olmaq və tələbə mərkəzli təhsil müəssisəsi yaratmaqdır.

İnstitut rəhbəri bu tipli seminarların tələbələrin nitq mədəniyyətinin formalaşdırılmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynadığını vurğulayıb. İnstitutda müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlər keçirilməsində məqsəd gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsidir.

C.Məmmədov daha sonra ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan bəhs edib. Aİİ rektoru ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim gənclərə dəstək oluduğunu vurğulayıb.

Aİİ-nin II kurs tələbəsi Fərid Qasımzadə “Tələbələrin inkişafında hədəf və məsuliyyətin önəmi” mövzusunda məruzə edib. Həmyaşıdlarına müraciət edərək, məsuliyyətli olacaqları təqdirdə, onların hədəfə də asan çatacaqlarını qeyd edib.

İslam dinində məsuliyyət anlayışından bəhs edən F.Qasımzadə daha sonra bildirib ki, insan nə qədər bilikli, məlumatlı, savadlı olarsa, lakin məsuliyyət hiss etməzsə, hədəfə çatmaqda çətinliklərlə rastlaşar. O vurğulayıb ki, təhsil, təcrübə və karyera yollarında irəliləmək üçün məsuliyyət hiss etməli və hədəf düzgün seçilməlidir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3169094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR