Cüdo üzrə Azərbaycan çempionatının bütün qalibləri məlum olub (FOTO)

Cüdo üzrə Azərbaycan çempionatının bütün qalibləri məlum olub (FOTO)
07:29 26 Dekabr 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.

Azərbaycan Cüdo Federasiyasında Trend-ə verilən məlumata görə, kişilər arasında bütün çəki dərəcələrində qalib gələn cüdoçular bunlardır:

-60 kg Nəcəfov Yaşar
-66 kg Səfərov Orxan
-73 kg Vəliyev Telman
-81 kg Fətiyev Murad
-90 kg Mehdiyev Məmmədəli
-100 kg Mirzəyev Aslan
+100 kg Qəhrəmanov Şahin

Qadınlar

-48 kg Əliyeva Ramilə
-52 kg Məmmədova Zeynəb
-57 kg Munxtsedev İçinxorloo
-63 kg Qardaşxanlı Aytac
-70 kg Həsənli Günel
-78 kg Əmirli Nərmin
+78 kg Zutova Gözəl

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə "Neftçi İdman Klubu" 1-ci yeri tutub. Sonrakı yerlərə "Judo 2012" və "Atilla" klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Xatırladaq ki, dekabrın 26-da komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3169320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR