Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib

Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
20:08 26 Dekabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni uğurlar, möhkəm cansağlığı, yaradıcılıq ruhu, xoşbəxtlik, firavanlıq, əziz və yaxın insanların səmimi diqqətini və sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3169785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR