Səfir: "2019-cu il Azərbaycan-Rusiya əlaqələri intensivliyi ilə seçildi"

Səfir: "2019-cu il Azərbaycan-Rusiya əlaqələri intensivliyi ilə seçildi"
22:07 27 Dekabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

"Ötən il intensivliyi ilə seçildi. Azərbaycan-Rusiya əlaqələri inkişaf edib. İndi əlaqələr çox yüksək səviyyədədir".
"Report"un Rusiya bürosu xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
"Xüsusilə son aylar məhsuldar olub - böyük sayda nümayəndə heyəti, əmtəə dövriyyəsinin 25 faizdən çox artımı böyük rəqəmdir, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya çox yüksək səviyyədə keçən səfəri Rusiya-Azərbaycan əlaqələrinin sonrakı inkişafına böyük töhfə verdi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı və s.", - deyə o bildirib.
Səfir yeni ildə iki ölkə arasındakı əlaqələrin intensiv inkişafını arzu edib. O, qeyd edib ki, artıq yanvarda Rusiyanın çoxlu sayda nümayəndə heyətinin Bakıya səfəri gözlənilir, yazda Moskvanın mədəniyyəti günləri keçiriləcək.
Polad Bülbüloğlu əlaqələrin intensivliyinin artdığını vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-2019-cu-il-azerbaycan-rusiya-elaqeleri-intensivliyi-ile-secildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR