Somalidə partlayış törədilib, ölən və yaralananlar var
Paylaş
82 baxış·1 dəq oxu
Somalinin paytaxtı Moqadişu şəhərində partladıcı qurğu yüklənmiş avtomobilin partladılması nəticəsində 90-dan çox ölən var, aralarında uşaqların da olduğu onlarla yaralı xəstəxanalara yerləşdirilib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində universitetə məxsus avtobus yanıb, bir neçə dükan və bir yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Hələlik hadisənin məsuliyyətini heç kəs üzərinə götürməyib.