Bakı, 18 may, AZƏRTAC
İsveçdə batut gimnastikası üzrə “Frivolten Cup” beynəlxalq turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək üç medal qazanıblar.
Gimnastımız Dmitri Fedorovski ikili minitrampda bürünc medala layiq görülüb. O, həmçinin fərdi çıxışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qadınlar arasında fərdi yarışda isə Sabina Zaytseva çıxışını səhvsiz yerinə yetirərək Azərbaycan yığmasına gümüş medal qazandırıb.
Bu yarışla eyni vaxtda Cenevrədə keçirilən akrobatika gimnastikası üzrə dünya kubokunda qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak ediblər.
Azərbaycan gimnastları finala yüksələrək beşinci yerdə qərarlaşıblar.
