ABŞ-da naməlum şəxs yəhudi bayramında 5 nəfəri bıçaqlayıb

ABŞ-da naməlum şəxs yəhudi bayramında 5 nəfəri bıçaqlayıb
14:17 29 Dekabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-York ştatının Ramapo şəhərində ötən gün axşam saatlarında naməlum şəxs Hanukkah yəhudi bayramının qeyd olunduğu rabbinin evinə soxularaq 5 nəfəri bıçaqlayıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə zamanı evdə keçirilən bayram mərasimində 100-dək iştirakçının olduğu bildirilir. Hadisədən sonra şübhəli yaxınlıqdakı sinaqoqa girmək istəsə də, kimsə qapını bağlayıb. Ramapo polis rəisi Brad Vaidel mətbuat konfransı zamanı həmin şəxsin tutulduğunu bildirib.
Qeyd edək ki, hadisənin baş verdiyi Rokland qəzası (qraflığı) əhalisinin 30 faizindən çoxunu yəhudilər təşkil etməklə bu faizə görə ABŞ-da birinci yer tutur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-namelum-sexs-yehudi-bayraminda-5-neferi-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR