Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO

Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
16:47 29 Dekabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni il qabağı satışa çıxarılan hədiyyə paketləri müxtəlif cəlbedici qablaşdırmalarda alıcılara təqdim olunur. Amma kənardan gözəl görünən bu qutuların içərisinə çox vaxt keyfiyyətsiz və zərərli məhsullar yığılır.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Bəzisinin vaxtı keçmiş olur. İnanmaq olmur. Ona görə də çox vaxt özümüz alırıq. Maksimum 6-7 manat edir. Hədiyyə paketin özün alırsan elə daha etibarlı, daha keyfiyyətli olur".

Sakin: "Aldanmamaq üçün məncə içindəki məhsulun keyfiyyətinə baxmaq lazımdır".

Satıcılar deyir ki, təlabat ən çox böyük hədiyyə paketlərinədir. Qiymət aralığı isə 2 manatdan 30 manata qədər dəyişir. Fərq hədiyyə paketlərinin içərisində olan məhsulların keyfiyyətindən, növündən və sayından asılıdır.

Sakin:  "Hədiyyə paketlərinin qiyməti böyüklüyünə görə dəyişir. 2-3 manatadır. İçərisində 7 çeşit mal var. Hamısı da keyfiyyətlidir".

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin Sədri: "Bəzi iş adamları vaxtı keçmiş ərzaq mallarının yararlılıq vaxtını dəyişib ekzotik və görkəmli nəzəri cəlb edən qutulara qablaşdırırlar. Belə məhsulları həm şənlik yerlərinə paylayırlar, həm də mağazalara satırlar. Əksər hallarda belə qutuların içərisində vaxtı keçmiş qurtdamış insan həyatı üçün təhlükəli mallar olur".

Ona görə də ekspertlər valideynlərə məsləhət görür ki, bu cür hədiyyələri alıb birbaşa uşaqlarına verməsinlər, əvvəlcə açıb baxsınlar.

Ramazan Nəbiyev - AQTA-nin Əməkdaşı: "Pərakəndə satış şəbəkələrində təklif olunan belə məhsullara agentlik tərəfindən nəzarət olunur".

Əgər bu məsələdə istehlakçılar hər hansı bir xoşagəlməz hadisə ilə qarşılaşsalar Qida Təhlükəsizliyi Agentiliyinin "1003" qaynar xəttinə zəng edə bilərlər.  

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR