Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub

Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub
20:42 29 Dekabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və mətbuatda yayılan məlumatlara bildirib.  
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb.
Aparılmış araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G.Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.
Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G.Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib. 




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/dovlet-komitesi-gulsare-heziyevaya-fuzulide-menzil-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR