Faiq Ağayev Röyanı "qara siyahı"ya atıbmış

Faiq Ağayev Röyanı "qara siyahı"ya atıbmış
11:22 30 Dekabr 2019
87 Şou
Ölkə mətbuatı
A- A+

Heç kimlə problemim yoxdur, sadəcə, aramızda anlaşılmazlıq olur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin"ə açıqlamasında deyib. Müğənni küsülü olduğu həmkarı Faiq Ağayevə barışıq jestindən danışıb:

"Biz bir-birimizə qarşı deyilən sözü düzgün qəbul etmirik, bu hal evimizdə də baş verir. Yazdılar "Barışmaq istəyir". Belə deyil, mən istədiyimi hər zaman edirəm.

İlk dəfə məni İnstaqram-da "qara siyahıya" Faiq Ağayev atmışdı. Gəlib dedi ki, səni görə bilmirəm. Cavab verdim ki, aç, gör, niyə?

Sənət tariximdə faiq Ağayevin də rolu var. Məni hər zaman dəstəkləyib və ondan həmişə də dəstək gözləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/814605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR