Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin yekunlarına dair toplantı keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
Yekunda Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi general-mayor Qədir Nəsibov çıxış edərək növbəti ildə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.


