İrandan narkotik keçirən şəxslər saxlanıldı

İrandan narkotik keçirən şəxslər saxlanıldı
21:27 30 Dekabr 2019
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşların birinin üzərindən gömrük nəzarətindən gizlədilən, 3 ədəd sellofan bükümdə, ümumilikdə çəkisi 31 qram təşkil edən narkotik vasitə-heroin, 1 bükümdə isə çəkisi 6 qram təşkil edən ağ rəngli, kristal formada, psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR