"Aş-Şabab" Somalidə partlayışa görə məsuliyyəti üzərinə götürüb

"Aş-Şabab" Somalidə partlayışa görə məsuliyyəti üzərinə götürüb
06:52 31 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"Aş-Şabab" radikal qruplaşması Somalinin paytaxtı Moqadişoda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qruplaşma nəzarət-buraxılış məntəqəsində bombanın öz silahlıları tərəfindən törədildiyini bildirib.
"Partlayış Türkiyə və Somali qüvvələrinin karvanına qarşı yönəldilib və böyük itkilərə səbəb olub", - deyə "Aş-Şabab"ın mətbuat katibi Əli Mohamud Raqe bildirib.
Daha əvvəl bildirilirdi ki, Somalinin paytaxtında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 90-dan çox insan həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/as-sabab-somalide-partlayisa-gore-mesuliyyeti-uzerine-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR