"Borussiya"dan "Benfika"ya - RƏSMİ

"Borussiya"dan "Benfika"ya - RƏSMİ
15:22 1 Yanvar 2020
90 İdman
Ölkə mətbuatı
A- A+

"Benfika" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən klub "Borussiya Dortmund"un yarımmüdafiəçisi Yulian Vayqlı heyətinə qatıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb: "Benfika" ilə Yulian Vayqlın transferi ilə bağlı razılığa gəldik. Oyunçumuza xidmətlərinə görə təşəkkür edirik, Portuqaliya macərasında uğurlar arzulayırıq".

Vayql "Borussiya"da 2015-ci ildən çıxış edirdi. Almaniya yığmasının üzvü Dortmund təmsilçisində 171 oyuna çıxıb, 4 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR