Sürətli yerimək hansı XƏRÇƏNG RİSKİNİ azaldır? - Alimlər açıqladı

Sürətli yerimək hansı XƏRÇƏNG RİSKİNİ azaldır? - Alimlər açıqladı
15:52 1 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ, Avropa və Avstraliya alimlərinin apardığı araşdırma göstərib ki, sürətli və templi gəzinti bağırsaq, süd vəzi, böyrək, qaraciyər, uşaqlıq və limfoma xərçəng növlərinin inkişaf riskini azalda bilər.

Milli.Az xəbər verir ki, araşdırmada 750 mindən çox yetkinin sağlamlıq məlumatları nəzərdən keçirilib.

Sağlamlıq mütəxəssisləri müəyyən edib ki, aktiv həyat tərzi xərçəng növlərinin inkişaf riskini azaldır. Məlum olub ki, məşq süd vəzi xərçənginə tutulma riskini 6-10 faiz, qaraciyər xərçəngini 18-27 faiz aşağı salır.

Tədqiqatçıların sözlərinə görə, hər gün ən az 20 dəqiqəlik sürətli yürüşə çıxan insanlarda sadaladığımız xərçəng növlərinə daha az rast gəlinir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/814619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR