Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək uduzub

Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək uduzub
08:57 2 Yanvar 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Uqandadan yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.
"Report" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Qeyd edilir ki, o,arxasında keniyalı rəqibiKibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb.
Qeyd edilir rəqibinin səhvindən istifadə edərək qalib olan Kandi yeni rekorda imza atıb. O, 15 kilometrlik məsafəni 43 dəqiqədən az müddət ərzində qət edib. Yeni rekord 42 dəqiqə 59 saniyə təşkil edir. Öz növbəsində Kiplimo bu məsafəni 43:00 dəqiqəyə qət edib.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/uqandali-yungul-atlet-yaris-zamani-finisde-qelebeni-bayram-ederek-udu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı