Süni ağaclar 2019-cu ilin ən yaxşı texnologiyası adlandırılıb

Süni ağaclar 2019-cu ilin ən yaxşı texnologiyası adlandırılıb
20:12 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Hər ilin sonunda populyar "Popular Science" jurnalının müəllifləri ən yaxşı texnologiyanı müəyyənləşdirirlər. Bu dəfə qlobal istiləşmənin qarşısını alaraq planeti təmizləmək qabiliyyətinə malik süni ağaclar bu nüfuzlu mükafata layiq görülüb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, süni ağac Arizona Universitetinin professoru Klaus Layner və "Silicon Kingdom Holdings" şirkətinin dəstəyi ilə onun iş yoldaşları tərəfindən hazırlanıb. Klausun sözlərinə görə, bu, dünyada ilk passiv birbaşa hava çəkmə texnologiyasıdır.

"MechanicalTree" - bu, tamamilə hazır kommersiya məhsuludur. 1200 belə ağacdan ibarət meşə havanı daha çox karbon qazından təmizləmək imkanına malikdir.

2020-ci ildə belə ağacların mərhələli əkilməsi planlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR