Ötən il Azərbaycan hansı ölkələrlə diplomatik münasibətlər qurub?

Ötən il Azərbaycan hansı ölkələrlə diplomatik münasibətlər qurub?
13:17 3 Yanvar 2020
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən ildə Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında xəbər verilir.

Qeyd edilib ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, RusiyaTacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/815189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR