Bakıda blogerə xəsarət yetirən şəxslər saxlanıldı - FOTO

Bakıda blogerə xəsarət yetirən şəxslər saxlanıldı - FOTO
13:33 3 Yanvar 2020
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı polisi bloger Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib.

Publika.az-ın xəbərinə görə, D.Babayev təzyiqə məruz qalması ilə bağlı həssaslıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

"Tez bir zamanda həmin şəxslərin müəyyən olunaraq tapılmasını təmin edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq, təhqiqat-araşdırmalarına cəlb edib. Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir".

D.Babayev bildirib ki, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb: "Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırma nəticəsində məlum olacaq. Bir daha Azərbaycan polisinə təşəkkür edirəm".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR