“Barselona” müdafiəçinin satış qiymətini açıqladı

“Barselona” müdafiəçinin satış qiymətini açıqladı
18:27 3 Yanvar 2020
93 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" klubunu yayda Nelson Semedo ilə yollarını ayırmağı düşünür.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, klub portuqaliyalı müdafiəçinin satışından 50 milyon avro qazanmaq istəyir.

"Barselona" klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb. Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini bildirib.

2017-ci ildə "Barselona"ya transfer edilən Semedonun müqavilənin müddəti 30 iyuna qədərdir. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR