Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/

Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrdən biri vəfat edib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib.

Həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 nəfər Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində hadisə yerində 14 nəfər ölüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az