116 adda dərslik məzmun və dizayn baxımından yenilənib

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələri üçün 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu il ərzində dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin birinci sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR