Lempard Olivye Jirunun "Çelsi”dən" gedişi xəbərini təsdiqləyib

"Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Sky Sports” bildirib.

"Biz Olivye ilə əlaqə saxladıq və bu nəticəyə gəldik ki, o bu şərtlə gedə bilər ki, müqavilə onu, klubu, komandanı və məni razı salsın. Amma təkrarlamaq istəyirəm: şərtlər dörd tərəfin hamısını qaydaya salmalıdır. Görək, bundan nə alınacaq", - deyə Lempard bildirib.

"Çelsi"nin oyunçusu iki il əvvəl "Arsenal”dan keçidini rəsmiləşdirib. Cari mövsümdə 33 yaşlı fransız 6 matç keçirsə də, səmərəli oyunu ilə fərqlənməyib. Müxtəlif KİV-lər Jirunun Fransa çempionatına mümkün qayıdışından bəhs edir. "Nyukasl Yunayted"in adı hücumçunun xidmətlərinə iddiaçılar arasında hallandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR