Almaniyanın silah ixracında rekord artım

Almaniyanın silah ixracında rekord artım
08:27 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Almaniyanın silah və hərbi texnika ixracında rekord artım qeydə alınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, hökumət ilin yanvar-dekabr aylarında, ümumilikdə 7 milyard 950 milyon avro dəyərində silah və hərbi texnika ixracına dair qərarnamə  imzalayıb.

Ən çox sayda silah Macarıstana ixrac edilib. Bu ölkəyə təxminən 1 milyard 770 milyon avro dəyərində silah və hərbi texnika göndərilib. Növbəti pilləni 802 milyon avroluq satışla Misir tutur. Üçüncü sırada qərarlaşan ABŞ-a isə 483 milyon avro dəyərində ixrac reallaşdırılıb.

Qeyd edək ki, ixracın 44,2%-i (təxminən 3,52 milyard avro) Avropa İttifaqı və NATO üzvü olmayan, Almaniyanın müttəfiqi hesab edilməyən ölkələrə edilib.

Xatırladaq ki, rəsmi Berlin 2018-ci ildə 5,3 milyard avro və 2017-ci ildə 6 milyard 240 milyon avro dəyərində silah və hərbi texnikanın satışını təsdiq etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR