“Azərsun Holdinq” MMC-nin nizamnamə kapitalı 41,8% və yaxud 37,627 milyon manat artırılıb. “Report” xəbər verir ki, holdinqin kapitalı 90 milyon manatdan 127,627 milyon manata çatdırılıb. Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir sıra müəssisələrə malikdir.