İtaliyanın "Yuventus" və İspaniyanın "Real Sosyedad" klubunun sabiq futbolçusu Darko Kovaçeviç Yunanıstanın paytaxtı Afinadakı evinin qarşısında silahlı hücuma məruz qalıb.
Metbuat.az xəbər verir ki, 47 yaşlı sabiq hücumçu naməlum şəxsin maşından düşərək onu silahla hədəf aldığını söyləyib. Kovaçeviç yayınmaq üçün yerə yıxılıb, biləyindən və dizindən xəsarət alıb. Atəş açan şəxsin yanında daha bir nəfər olub.
Cinayətkarların qaçdığı maşın Afinada yanmış vəziyyətdə tapılıb.