45 yaşından sonra ana olan ULDUZLAR - Monika Beluççi, Canet Cekson...

45 yaşından sonra ana olan ULDUZLAR - Monika Beluççi, Canet Cekson...
19:17 8 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bir çox ulduzlar ana olmağa vaxt ayırmır və bu sevinci yaşamağa gecikirlər. Sonsuz çəkilişlər, konsert turları, tədbirlər bu işdə onlara mane olur, uşaq sahibi olmaq onlar üçün 2-ci plana keçir. Bir çoxu isə ömrünün sonuna qədər, bu xəyalını reallaşdıra bilmir. Bəziləri əvvəlcə özlərini təmin etməli olduğuna, bir başqaları isə - karyeranın hər şeydən üstün olduğunu düşünürlər.

Milli.Az ölkə.az-a istinadən 40- 45 yaşdan sonra ana olmaq şərəfinə nail olmuş dünyaca məşhur ulduzların siyahısını təqdim edir.

1.Canet Cekson

Джанет Джексон

Pop kralı Maykl Ceksonun kiçik bacısı Canet Cekson ilk dəfə 50 yaşında analıq hissini yaşayıb. Onun övladı 2017-ci il yanvar ayında doğulub.

2. Monika Beluççi

Моника Беллуччи

İtalyalı akrisa ikinci övladını 45 yaşında olarkən dünyaya gətirib.

3. Xolli Berri

Холли Берри

Aktrisa da həmkarı Beluççi kimi 45 yaşından sonra ana olan ulduzlardandır. Onun qəfil hamiləliyi 47 yaşında aktrisaya yenidən analıq hissini yaşadıb. Bir qızı olan Berri bu dəfə dünyaya oğlan övladı gətirib.

4. Syuzen Serendon

Сьюзен Сарандон

İlk dəfə 38 yaşında ana olan aktrisa gözləmədiyi anda hamilə olduğunu öyrənir. Həkimlərin sonsuzluq diaqnozu qoyduğu Serendom 3-cü uşağını 45 yaşında dünyaya gətirib.

5. Kelli Preston

Келли Престон
Məşhur aktyor Con Travoltanın həyat yoldaşı Kelli Preston 47 yaşında hamilə olduğunu öyrənir. 2009-cu ildə 16 yaşlı oğlunu itirən məşhur,  yenidən ana olacağını ağlına belə gətirmirdi. 2010-cu il 23 noyabrda 59 yaşlı Travolta və 48 yaşlı Kellinin oğlu dünyaya gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR