Nəhənglər üçün – böyük oyun monitorları göstəriləcək

Nəhənglər üçün – böyük oyun monitorları göstəriləcək
23:52 9 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Nvidia BFGD oyun monitorları (Big Format Gaming Displays) iki il əvvəl CES 2018 sərgisində təqdim edilib. Ötən iki il ərzində bir neçə modelin satışa çıxarılmasına baxmayaraq, belə monitorlar o qədər də geniş yayılmayıb.

Xatırladaq ki, bütün BFGD monitorları loqo və dizayn istisna olmaqla, eynidır. Bunlar hər zaman 65 düymlük, 4K UHD göstərici ilə və 120 Hz kadr tezliyi olan cihazlardır. Daha dəqiq desək, bu günə qədər belə olub.

Bu gün Nvidia yalnız 360 Hz kadr tezlikli ilk oyun monitorunu təqdim etməklə kifayətlənməyərək, həm də BFGD monitorlarının anlayışını da genişləndirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu xətti genişləndirəcək ilk şirkətin LG olacağı bildirilir. Koreya nəhəngi CES 2020-də ümumi 12 BFGD modelini təqdim edəcək, ən böyüyü isə 88 düymlük monitor olacaq! Bəli, monitorlar artıq çoxdan adi diaqonallardan kənara çıxıblar, amma monitor üçün, hətta 65 düym böyük göstəricidir. 88 düymlük ekranı təsəvvür etmək isə çətindir.

LG-nin ən kompakt yeni modeli 48 düym diaqonallı monitor olacaq. Göründüyü kimi, bütün yeni monitorlar OLED panellərinə əsaslanacaq, yəni onların ucuz olmayacaqları dəqiqdir.

BFGD-nin ilk modellərinin təcrübəsini nəzərə alaraq, ehtimal etmək olar ki, onlar satışda ən yaxşı halda ilin ortalarında görünəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR