Hindistan xarici investorlara tətbiq olunan məhdudiyyətləri yumşaldır

Hindistan xarici investorlara tətbiq olunan məhdudiyyətləri yumşaldır
12:02 10 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

Hindistan hökuməti sığorta və aviasiya sektorunu inkişaf etdirmək üçün xarici investorlara tətbiq olunan məhdudiyyətləri yumşaldır.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Hindistan Maliyyə Nazirliyi sığorta şirkətlərində xarici investorların sahib ola biləcəyi səhm payını 49%-dən 74%-ə qaldırılması və aviasiya sektorunda isə öz şirkətlərini yaratmağa icazə verib.
Bundan başqa, Hindistan dəmiryolu, təhsil və kirayə mənzil sektorunda 100% xarici investisiyalı şirkətlərin yaradılmasına icazə verib.
Xatırladaq ki, indiyə qədər dəmiryolu sektorunda xarici investorlara sərmayə qoyuluşuna icazə verilmirdi.
Qeyd edək ki, Hindistan bu qərarlarla hazırda ÜDM-nin 2%-i olan xarici investisiyanı 6% səviyyəsinə qaldırmaq istəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/hindistan-xarici-investorlara-tetbiq-olunan-mehdudiyyetleri-yumsaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR