"Suriyada yalnız neft yataqlarına nəzarət etmək..." -

ABŞ Suriyanın şimal-şərq bölgəsində hazırda nəzarət etdikləri neft yataqlarından əlavə başqa neft yataqlarını da ələ keçirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuata müsahibəsində bildirib.

Dövlət başçısı həmçinin neft yataqlarına nəzarəti əldən vermədən amerikalı hərbçiləri Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” əməliyyatı bölgəsindən çıxarmağı da özünün məharəti kimi qələmə verib: “Mən Suriyada hərbi qüvvələri neft yataqlarına nəzarət etmək üçün saxlamışam. Orada yalnız neft yataqlarını qorumaq üçün lazımi sayda qüvvə qalıb”.

Həmin neft yataqlarını ələ keçirmələri ehtimalı barədə suala cavab verən Ağ Ev başçısı “bilmirəm, bəlkə də, onu götürməliyik” şəklində fikir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR