Latviyada sakinlərin üçdəbiri ölkədə təhsilin keyfiyyətinin aşağı düşdüyü qənaətindədir

Latviyada sakinlərin üçdəbiri ölkədə təhsilin keyfiyyətinin aşağı düşdüyü qənaətindədir
07:12 12 Yanvar 2020
65 Dünya
Ölkə mətbuatı
A- A+

Riqanın distant təhsil sistemli orta məktəbi tərəfindən hazırlanmış təhsil keyfiyyəti indeksinə görə, Latviya əhalisinin təxminən üçdəbiri və ya 29,8 faizi son illərdə ölkədə müvafiq sahədə geriləmə müşahidə olunduğunu bildirib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktəbin nümayəndəsi Marta Kive sorğunun nəticələrinə əsasən, respondentlərin 21 faizinin ölkədə təhsilin keyfiyyətinin yüksəldiyini, 29,8 faizinin aşağı düşdüyünü, 38,8 faizinin isə heç bir dəyişiklik müşahidə etmədiyini söyləyib. Latviyada təhsil keyfiyyətinin ən aşağı olduğu ərazi Latqaliya regionudur. Rəyi soruşulanların yalnız 15 faizi son illərdə təhsildə yüksəlişin müşahidə olunduğunu, 38 faizi isə bunun əksini qeyd edib.

Ən çox müsbət cavab isə Zemqaledə qeydə alınıb. Burada respondentlərin 29 faizi təhsildə irəliləyişin olduğunu, 26 faizi isə təhsilin keyfiyyətinin azaldığını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR