Bakıda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu - Xəsarət alanlar var
07:53 12 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub.

Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin qadın sürücüsü və digər avtomobilin sürücüsü, 25 yaşlı Anar adlı şəxs xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/301661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR