ABŞ danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək
07:15 13 Yanvar 2020
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayenin sözlərin görə, D.Trampın administrasiyası "heç bir vəziyyətdə bunun baş verməyəcəyini" açıq şəkildə bildirib: "Bizimlə danışıqlar aparmaq istəsəniz, sadəcə danışıqlar imtiyazı üçün əvvəlcə bir şeydən imtina etməlisiniz".

ABŞ prezidentinin müşaviri qeyd edib ki, bizə danışıqlar lazım deyil: "Bizim iqtisadiyyatımız fantastikdir... Məhz iranlılara bizimlə danışıqlar lazımdır. Niyə biz birinci nədənsə imtina etməliyik?".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR