AzTU-da 7 fakültəyə dekan seçildi

Azərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

Ali təhsil müəssisəsindən Metbuat.az-a verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova “Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev “Nəqliyyat və logistika”, Nizami Poladov “Metallurgiya və materialşünaslıq”, Ərəstun Məmmədov “Maşınqayırma və robototexnika”, Taleh Şirinov “İnformasiya və telekommunikasiya texnologiyaları”, Fərqanə Musayeva “İqtisadiyyat və idarəetmə”, Elçin Rzayev isə “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib.

Qeyd edək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub. Elmi Şuranın 02.10.2019-cu il tarixili qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR