Bakı. Trend:

Təyyarə ABŞ-ın Los-Anceles şəhərindəki ibtidai məktəbdəki uşaq meydançasına reaktiv yanacaq tökdükdən sonra ən azı 26 nəfər, o cümlədən 17 uşaq tibbi yardıma müraciət edib.

Trend-in məlumatına görə, onların hamısı yüngül xəsarətlər alıb, məktəbdən yerli xəstəxanaya çatdırılmağa ehtiyac yoxdur:

"Hadisə yerində təxliyə ilə bağlı əmr verilməyib".

Hazırda zərərçəkənlərə yardım göstərmək üçün 70 yanğınsöndürən və tibb işçisi hadisə yerindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin