Qaradağda evdən külli miqdarda pul oğulayanlar ələ keçdi

Qaradağda evdən külli miqdarda pul oğulayanlar ələ keçdi
20:27 16 Yanvar 2020
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/818548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR