Türk ordusu Suriyada 3 şəhid verdi

Suriyada Türkiyə ordusunun 3 əsgəri həlak olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hərbçilər “Sülh çeşməsi” əməliyyatlarının aparıldığı bölgəni minadan təmizləyərkən hücuma məruz qalıblar. Hücum minalanmış avtomobilin partladılması ilə həyata keçirilib.

Terror aktının PKK-YPG qruplaşması tərəfindən törədildiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR