Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin meyiti tapılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin meyiti tapılıb
16:08 17 Yanvar 2020
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yerevanda ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın meyiti tapılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, mənzildə tapılan meyitin üzərində güllə yarası olub.

Bəzi versiyalara əsasən, G.Kutoyanın intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, G.Kutoyan 2016-cı ildən 2018-ci ilin mayınadək Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. Həmin ay baş tutmuş “məxməri inqilab”dan sonra onu bu vəzifədə Artur Vanetsyan əvəz etmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3178761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR