ARDNF-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

ARDNF-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
18:55 17 Yanvar 2020
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) uşaqların da iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində ARDNF-də “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisi təşkil edilib.

Sərginin təşkilində məqsəd uşaqları Azərbaycan xalqının azadlıq mübarizəsi, baş vermiş hadisələrin mahiyyəti barədə məlumatlandırmaq və uşaqların vətənpərvərlik ruhunda böyüməsinə dəstək verməkdir.

Tədbirdə ARDNF-nin əməkdaşları sərgiyə baxış keçirib. Uşaqlara 20 Yanvar faciəsi, dövlət müstəqilliyinin əldə olunması və müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlı məlumatlar verilib.

Sonda sərgi iştirakçılarına tədbirdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3178862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR