Meksikada yük maşınından musiqi qrupunun üzvlərinin yanmış meyitləri tapılıb

Meksikada yük maşınından 10 nəfərin yanmış meyiti tapıb.

Metbuat.az bildirir ki, hadisə ölkənin cənub-qərbindəki Gerrero ştatının Çilapa de Alvarez rayonunda qeydə alınıb. Məlumata görə, meyiti tapılan şəxslər yerli əhalinin nümayəndələrindən ibarət olan "Sensasion" musiqi qrupunun üzvləridir. Hadisə ilə bağlı istintaq başlanıb.

İlkin məlumata görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar. Onların öldürüldüyü ehtimal edilir. (Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR