Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar

Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar
14:22 18 Yanvar 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. Hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Televisia" region prokurorluğuna istinadən xəbər yayıb.

Bildirilir ki, qurbanlar yerli "Sensation" musiqi qrupunun heyəti olub.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb. İlkin məlumatlara görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar.

Qətlin motivləri hələlik bəlli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR