Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Paylaş
78 baxış·1 dəq oxu
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Müdafiə Nazirliyindən "Report"a verilən məlumaat görə, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.