Bakı, 20 may, AZƏRTAC
“Azərbaycan” İntellektual Oyunlar Klubu, Prezident yanında Gənclər Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq zəka” intellektual oyunlar çempionatı layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti seçim turları paytaxt məktəbləri arasında keçirilib. Oyunlarda məktəblilərin tarix, ədəbiyyat, mədəniyyət, incəsənət sahələri üzrə bilikləri yoxlanılıb. Finala Xətai rayonundan Zəkalar liseyi, Nəsimi rayonundan 16, Yasamal rayonundan 53, Binəqədi rayonundan 299, Pirallahı rayonundan isə 168 saylı məktəblərin komandaları çıxıblar.
Rayon mərhələsinin qalibləri arasında seçim turu isə iyunda keçiriləcək.