Konqo ordusu ölkənin şərqində 12 silahlını məhv edib

Konqo ordusu ölkənin şərqində 12 silahlını məhv edib
19:27 20 Yanvar 2020
40 Digər
Ölkə mətbuatı
A- A+

Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri ölkənin şərqindəki toqquşmalar zamanı "May-May" qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə “Actualite” informasiya portalı bildirib.
Silahlılar İturi əyalətinin Djoqo və Linda yaşayış məntəqələrinə hücum ediblər. Ancaq bu yaşayış məntəqələrində olan ordu bölmələri hücumları dəf edib və silahlıları ciddi itkilərə məruz qoyub.
Ordunun İturidəki rəsmi nümayəndəsi, leytenant Jyul Nqonqo bildirib ki, hərbçilər həmçinin silahlıların avtomat silahlarını və döyüş sursatlarını ələ keçirməyə müvəffəq olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/konqo-ordusu-olkenin-serqinde-12-silahlini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR